Süveyş kanalında gəmi quruya çırpılıb və dörd gəminin hərəkəti dayanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki bu barədə “Leth” gəmiçilik agentliyindən bildirilib.

Digər 23 gəmi isə səhər saatlarında yenidən üzməyə başlayıb.

Xatırladaq ki, iki il əvvəl dünyanın ən işlək su yollarından biri olan Süveyş kanalı nəhəng konteyner gəmisinin qapalı qalmasından sonra təxminən bir həftə ərzində keçilməz hala gəldi.

Bu səbəblə də “Ever Given” kanalı 6 günlük bağladı.