"Kontakt Home" irad zənglərinin qəbulu üzrə inzibatçı vəzifəsinə vakansiya elan edir.

İqtisadiyyat.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;

Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;

Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;

Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;

Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.

Tələblər:

Ali təhsil;

Səlis Azərbaycan və Rus dili biliyi;

Müştərilərlə ünsiyyət qurma bacarığı;

Səlis və aydın intonasiya ilə danışıq bacarığı;

Məsuliyyətlilik və inkişafa meyillilik;

Stresə davamlılıq;

Kollektivdə komanda ilə işləmə bacarığı.

İş şəraiti:

İş günləri: 5 iş günü, 2 gün istirahət;

İş saatı: 09:00-18:00 / 12:00/21:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.