Kontakt Home İcracı (Masallı) vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Borclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;
  • Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
  • Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;
  • Müvafiq məlumat bazasının yaradılması;
  • Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.

Tələblər:

  • Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
  • Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
  • Məsuliyyətlilik, aktivlik və çeviklik;
  • Məqsədyönlülük, komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.