Konfrans Liqasında 2022/2023 mövsümünün qalibi məlum olub

İqtisadiyyat.az xəbər verir ki, həlledici oyunda İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gəlib. Çexiyanın paytaxtı Praqada yerləşən "Eden Arena"da baş tutan görüşdə ingilislər matçın 90-cı dəqiqəsində vurduğu qolla Konfrans Liqasının qalibi olub.

Konfrans Liqası

Final

7 iyun

23:00 Fiorentina (İtaliya) - Vest Hem (İngiltərə) 1:2

Qol: G.Bonaventura, 67 - S.Benrahma, 62 (p), J.Bouen, 90

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)