Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi "Məhəllədaxili yollarda aparılacaq abadlıq işlərinin satınalınması" tenderinin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC olub.

Şirkətlə 340.832,76 AZN məbləğində müqavilə imzalanıb.

Satınalan təşkilatın VÖEN-i: 1700188251

Satınalan təşkilatın ünvanı:  Bakı şəhəri, Xaqani küçəsi 123-129

"Konek Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. 

Tenderdə iştirak haqqı: 350 AZN, predmeti isə məhəllədaxili yollarda aparılacaq abadlıq işlərinin satınalınmasıdır.

Ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://etender.gov.az/main/competition/detail/294359

Qeyd edək ki, müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılıb. 

Gülşən Şərif