Kolumbiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 735 nəfər artıb, 309nəfər həyatını itirib.
Ölkədə yoluxanların ümumi sayı 345 714 nəfərə çatıb.
Ölkə üzrə xəstəlikdən 11 624 nəfər ölüb və son 24 saat ərzində 6 mindən çox pasiyent müalicə olunaraq sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210-dan çox ölkə və bölgəsində qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.report