Kolumbiya hökuməti və silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusu (ELN) fevralın 13-də Meksikada danışıqların ikinci raunduna başlamaq qərarına gəlib.


İqtisadiyyat.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda Kolumbiya hökumətinin sülh nümayəndə heyəti və ELN nümayəndələri “fövqəladə iclas” çərçivəsində bir araya gəliblər.

Görüşdən sonra tərəflər birgə bəyanat yayıb və fevralın 13-də Meksikada danışıqları davam etdirmək qərarına gəliblər.

Açıqlamada, "Danışıqlar prosesinin səmimiliyi və dərinliyi dəyərləndirilir və görüşün keçirilmədiyi dövrdə də ünsiyyət mexanizmlərinin qorunub saxlanacağı qəbul edilib".

Meksikada başlayacaq danışıqların ikinci raundunda icmanın sülh quruculuğunda iştirakı və ikitərəfli atəşkəs imkanları qiymətləndiriləcək.

Tərəflər qarant ölkələr olan Kuba, Çili, Norveç və Birləşmiş Millətlər Təşkilatına (BMT) sülh prosesinə verdiyi töhfələrə görə təşəkkür ediblər.