Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiyalar Agentliyinin rəhbəri vəzifəsini icra edən Hüseyn Hüseynov ilə görüşüb. 

İqtisadiyyat.az bildirir ki, görüşdə KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə Agentlik tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi və KOB-lara dəstək üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.