Ukrayna Nazirlər Kabineti MDB ölkələrinin Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibə vaxtı arxa cəbhə işçilərinə və həlak olmuş hərbçilərin dul arvadlarına 50 illik yubileyi ilə əlaqədar əlavə güzəştlərin və maddi yardımın müəyyən edilməsi haqqında sazişindən çıxmasını təsdiqləyib. Müvafiq qərar cümə günü keçirilən iclasda qəbul edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

"1941-1945 Böyük Vətən Müharibəsində Qələbənin 50 illiyi ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibə illərində cəbhəçilərə və həlak olmuş döyüşçülərin dul arvadlarına əlavə güzəştlərin və maddi yardımın müəyyən edilməsi haqqında sazişdən çıxmaq haqqında" qanun layihəsi təsdiq olundu", - o, "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, saziş öz aktuallığını itirib. Melniçuk qeyd edib ki, müqavilənin müddəaları ya həyata keçirilib, ya da veteranların statusu və onların sosial müdafiəsinin təminatları haqqında qanunun müddəalarında nəzərə alınıb.

Müqavilə 1994-cü il dekabrın 9-da Moskvada imzalanıb. Kiyev onu 1996-cı ilin aprelində ratifikasiya edib. Melniçuk onu da vurğulayıb ki, 2014-cü ildən Ukrayna istənilən səviyyədə MDB-nin fəaliyyətində iştirakın minimuma endirilməsi və MDB-nin ali orqanlarının qəbul etdiyi heç bir qərara qoşulmamaq kursunu seçib.