Son vaxtlar sosial media platformalarının istifadəçilərindən ödənişli abunəlik tələb etməsi getdikcə adi hala gəlsə də, bu dəfə Instagram və Facebook-un sahibi Meta-dan gözlənilməz bir addım gəlib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ-nin nüfuzlu qəzetlərindən olan "Wall Street Journal" Meta-nın Instagram və Facebook istifadəçiləri üçün ödənişli abunə sistemi tətbiq etməyə hazırlaşdığını açıqlayıb.

Qəzet qeyd edib ki, ilkin olaraq Avropada tətbiq olunacaq bu abunə üsulu üçün istifadəçilərdən ayda 14 dollar alınacaq. Meta-nın rəsmi yazışmalarını araşdıran qəzet Instagram üçün 14 dollar, Facebook üçün isə 17 dollar tələb edəcəyini açıqlayıb.

Avropa İttifaqı (Aİ) birliyə üzv ölkələrdə yaşayan şəxslərin şəxsi məlumatlarından istifadə edən reklamları qadağan edib. Aİ ilə razılığa gələ bilməyən Meta bu abunə sistemi ilə sözügedən qanundan yan keçməyə çalışacağını açıqlayıb. Metanın bu planı Aİ rəsmilərinə təqdim etdiyi də qeyd edilib.

Beləliklə, AB Meta-nın planını qəbul edərsə, Avropa sosial media istifadəçiləri öz məlumatlarını verərək Instagram və Facebook-dan pulsuz istifadə edə biləcəklər. Əks halda sosial media istifadəçiləri pul ödəməklə reklamsız tətbiq təcrübəsinə sahib olacaqlar.