Bazar ertəsi Lüksemburqda keçirilməsi planlaşdırılan Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Belçikanı xarici işlər naziri Hadja Lahbib təmsil edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kroo bildirib. Məlumatı Belçikanın "7SUR7" nəşri yayıb.

Məlumata görə, görüş iştirakçıları Rusiyadakı son hadisələri müzakirə edəcəklər.

“Avropanın mövqeyinin müəyyən edilməli olduğu bu görüşdə ölkəmizin təmsil olunması vacibdir. Biz boş kreslo siyasəti apara bilmərik”, - deyə baş nazir bildirib.