İsrail HƏMAS hərəkatının anklavda saxlanılan girovların azad edilməsinə dair razılaşma çərçivəsində Qəzza zolağında hərbi əməliyyatı dayandırmaq tələbi ilə razılaşmayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla "Yedioth Ahronoth" qəzeti adlarını açıqlanmayan İsrail nümayəndələrinə istinadən məlumat yayıb.

"İsrail müharibənin dayandırılması tələbi ilə razılaşa bilməyəcək. Layihə bəziləri yüksək rütbəli olan 1,5 min fələstinli məhbusun azad edilməsini tələb edir", - nəşr qeyd edib.

İsrail hökumətinin başçısı bundan əvvəl dəfələrlə bəyan edib ki, Qəzzada hərbi əməliyyatlar HƏMAS tam məğlubiyyətə uğrayana, zolaqda saxlanılan bütün girovlar azad edilənə və artıq təhlükə yaratmayan vəziyyətə gəlinənə qədər davam edəcək. Bundan əlavə, Netanyahu "minlərlə terrorçunun" azad edilməsinə razı olmayacağını bildirib.