Britaniya və ABŞ qüvvələri Yəməndə Husi üsyançılarına qarşı dörd zərbə endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə radikalların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, Yəmənin Əl-Hodeyda əyalətinin Əl-Cabban bölgəsi hücuma məruz qalıb. Əyalət səmasında aviasiya uçuşları davam edir.