Birləşmiş Ştatlar və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan Husilərin hədəflərinə zərbələr endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə husilərə məxsus "Əl-Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, eyniadlı vilayətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.