Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, finalda Vasif Durarbəyli Vüqar Əsədli ilə mübarizə aparacaq. Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa finalçılar arasında tay-brek oynanılacaq. Eltac Səfərli və Məhəmməd Muradlı 3-cü yer uğrunda mübarizə aparacaq.