Koronavirus təhlükəsi və “ASAN xidmət”in işini dayandırması səbəbindən Azərbaycanda kirayə mənzillər üçün sənəd qəbulu da müvəqqəti dayandırılıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumt verilib.

Bildirilir ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.