Kim nə dedi? - Günün SİTATLARI

Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov: “Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır”.

ABŞ-nin Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Suzan Elliott: “Azərbaycan və Ermənistan arasında sülh bütün region üçün çox vacibdir”.

Ermənistan Baş naziri Nikol Paşinyan: "Regional kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub".

BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır: “Ermənistan Naxçıvanla əlaqələrin qurulmasına, xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olur. Düşünürəm ki, bu, diplomatiya deyil".

Prezidentin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov: "2026-cı ilin sonuna qədər 34,5 min ailənin azad edilmiş ərazilərə qayıtması planlaşdırılır".

Deputat Vahid Əhmədov: "Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə, onlara iş verməliyik". 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev: "Azərbaycanda ərzaq inflyasiyası yüksək qalır. İstəsək də, istəməsək də biz həmişə ərzaq mallarının idxalından asılı olacayıq”.

Bakı metrosunun sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova: "Tağı müəllimin yeriməsi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır".

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev: "Bizim məqsədimiz təkcə torpaqlarımızı azad etmək deyil, həm də nasist Kiyev rejimini tamamilə devirməkdir”.

İspaniyalı idman jurnalisti Guillem Balague: "Messi qərarını verdi. Onun yeni klubu "İnter Mayami" olacaq".