Kim nə dedi? - Günün SİTATLARI

Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Deputat Tahir Kərimli: "Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur. Hökumətdən xahişim odur ki, qaldırılan məsələləri yerinə yetirsinlər".

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov: "“Xətai”dən sonra “Həzi Aslanov”a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır".

Deputat, yazıçı Sabir Rüstəmxanlı: “Müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil. Müdafiənin iki başı var. Ölkənin içi də güclənməlidir”.

Kremlin sözçüsü Dmitri Peskov: "Kaxovka su elektrik stansiyasına hücum Kiyevin sifarişi ilə həyata keçirilib, ona görə də bu vəziyyətin nəticələrinə görə bütün məsuliyyəti Ukrayna öz üzərinə götürməlidir".

Ukrayna prezidenti V.Zelenski: "Baş verənlər göstərir ki, ruslara heç bir qarış torpaq da saxlamaq olmaz. Bizim təhlükəsizliyimizi yalnız qələbəmiz təmin edə bilər. Bu qələbə də qazanılacaq".

Deputat Fazil Mustafa: "Həkimlərin süni surətdə 5 ildən bir imtahan edilməsi mənasızdır. Qoy onlar da 60 yaşdan sonra sertifikasiyadan azad olunsunlar".

NATO baş katibi Yens Stoltenberq: "NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşıb. Ukrayna NATO-nun üzvü olacaq və Rusiyanın buna veto qoymaq hüququ yoxdur".

Deputat Hikmət Babaoğlu: "İranda xarici ölkə vətəndaşlarının oğurlanması hallarına tez-tez rast gəlinir”.

Vəkil Şəfiqə Nağıyeva: "Məni vuran taksi sürücüsündən şikayətçi olmayacağam".

İqtisadçı-ekspert Eldəniz Əmirov "Hazırkı vəziyyətdə valyuta mübadilə məntəqələrinin fəaliyyətə başlaması üçün böyük zərurət var".

Deputat Emin Hacıyev deyib: "Elektrik skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması artıq zərurətə çevrilib”.

Yaponiyan Azərbaycandakı səfiri Vada Cuniçi: "Ukraynada gedən müharibə fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti artmaqdadır".