İqtisadiyyat.az tanınmış şəxslərin bu günkü sitatlarını bir araya gətirərək, sizə təqdim edir:

*Ceyhun Bayramov (Azərbaycan Xarici İşlər naziri): "Danışıqlar prosesinin nə qədər müddət çəkəcəyəni proqnazlaşdırmaq çətindir. Hələ də razılaşdırılmamış məsələlər kifayət qədərdir"

 

*Ararat Mirzoyan (Ermənistan Xarici İşlər naziri): "Qarabağın statusu məsələsini Azərbaycanın daxili işi sayırıq"

 

*Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: "Beynəlxalq ictimaiyyətin güclü dəstəyi olarsa, il sonunadək sülh müqaviləsi imzalana bilər"

 

*Əli Məsimli (deputat): "Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır"

 

*Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev: “Biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”

 

*Oleksey Reznikov Ukraynanın müdafiə naziri: "Yaydakı əks-hücum əməliyyatında “F-16” qırıcılarından istifadə etməyəcəyik"

 

*Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin: “Rusiya Taxıl sazişinin uzadılması üçün heç bir perspektiv görmür”

 

*Adı açıqlanmayan Ağ Ev rəsmisi: "Ukraynanın artıq əks-hücuma başladığına dair əlamətlər var"