Fansa millisinin yeni kapitanı seçilən Kilyan Mbappe bu haqda danışıb.
İqtisadiyyat.az xəbər verir ki, O, komanda yoldaşı Qrizmanın məyus olmasını başa düşdüyünü bildirib:
"Antuan Qrizman qərara görə məyus idi və başa düşüləndir. Onun 32 yaşı var və 10 ilini millidə keçirib. Belə reaksiya göstərməsi normaldır.
Qrizman ilə əl-ələ verərək, bu Fransa komandasının dünya səviyyəsində hökm sürməsinə çalışacağıq. Əgər heyətin önündə söyləyəcək bir sözü varsa, oturub dinləyərəm. Hər kəs fikrini ifadə etməkdə azaddır".