Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri vətəndaşlarla görüş keçirib.

KOBİA-dan İqtisadiyyat.az-a bildirilib ki, görüş zamanı sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə KOBİA nümayəndələrinin qəbuluna yazıla bilərlər.