Bu gün İraqın Kərkük şəhərindən ilk dəfə Bakıda aviareys həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə Bəsrə-Bakı və Ərbil-Bakı istiqamətlərində də uçuşlar yerinə yetiriləcək.