Səudiyyə Ərəbistanı çempionatının qalibi "Əl İttihad" klubunun futbolçusu Kərim Benzema iyunun 7-i Səudiyyə Ərəbistanın Ciddə şəhərinə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, futbolçu üçün təqdimat mərasimi keçirmək istəyən klub  biletləri satışa çıxardıqdan bir gün sonra 62000 bilet satıb.

Qeyd edək ki, təqdimat mərasimi iyunun 9-u "Jeddah's King Abdullah Sports Siti" stadionunda baş tutacaq.