"Kəpəz" "WebCoder" agentliyi arasında müqavilə imzalanıb 

Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” Peşəkar Futbol Klubu və "WebCoder" agentliyi arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləni “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri və "WebCoder" agentliyinin rəhbəri Rəşad Qafarzadə imzalayıblar.

Tərəfdaşlıq çərçivəsində "WebCoder" agentliyi tərəfindən “Kəpəz” klubu üçün veb-saytın hazırlanması, təhlükəsizliyinin təşkili, hostinq və korporativ email xidməti, domenin qeydiyyata alınması işləri görüləcək.