Azərbaycanda kəndlərdə bankomatların sayının artırılması təklif edilib.
İqtisadiyyat.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələnin müzakirəsi zaman deputat Bəxtiyar Əliyev çıxış edib.
O söyləyib ki, seçicilərlə görüşlərdə onların şikayət etdiyi məsələlərdən biri də kəndlərdə bankomatların çatışmazlığıdır.
“İnsanlar bankamatlardan istifadə etmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalırlar. Məsələn, Ağdam rayonunun Çəmənli kənd inzibati ərazisi Quzanlı qəsəbəsindən 20 kilometr məsafədə yerləşir, 15 min əhalisi var, amma bankomat yoxdur. Bunu həll etmək lazımdır. Bu baxımdan digər kənd yerlərində bankamatlarin quraşdırılması insanların bu çətinliyin aradan qaldırar”, - deyə deputat əlavə edib.