Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Xidmət barəsində keçmiş işçisi Həsənov Anar Hidayət oğlu Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.

A.Həsənov Dövlət Xidməti tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir. 

İddia hakim Pərviz Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, Xidmət keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq.