İqtisadiyyat.az xəbər verir ki, keçən həftə Konqres tərəfindən qəbul edilən və prezident Baydenin təsdiqinə təqdim edilən qanunda keçəl qartal ölkənin milli quşu kimi qeydə alınıb.
Bildirilib ki, indi bu titul rəsmidir və buna daha layiq başqa bir quş yoxdur.
Ağ başı və sarı dimdiyi olan bu yırtıcı quş 1782-ci ildən sənədlərdə istifadə edilən ABŞ-nin böyük möhüründə təsvir edilib, lakin indiyədək onun rəsmi statusu olmayıb.
Qeyd edilib ki, keçəl qartal 1940-cı il Milli Gerb Aktı ilə qorunur. Bu qanun keçəl qartalların ovlanmasını və satışını qadağan edir. Vaxtilə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş keçəl qartalların sayı 2009-cu ildən bəri xeyli artıb.
Gözəl Həşimova