Rusiyanın Kazan və Sankt-Peterburq şəhərlərində Qırğızıstanın Baş konsulluqları açılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Qırğızıstan Prezident Aparatının mətbuat xidməti tərəfindən yayılıb.

Məlumatda deyilir ki, Qırğızıstan lideri Sadır Japarov müvafiq fərman imzalayıb.