Ölkədə yarana biləcək katastrofik risklərin sığortalanması istiqamətində mexanizmlər yaradılacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

İ.Alışov bu risklərin idarə olunmasında müəyyən boşluqların olduğunu bildirib. Qeyd edib ki, hazırda aqrar sığorta mexanizmində dövlət-özəl əməkdaşlığı istiqamətində müvafiq işlər görülür.(azərtac)