İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Beynəlxalq media əsasən gözləyirdi ki, qalib "köhnə qvardiya"nın nümayəndələrindən olacaq – məsələn, Vatikanda dövlət katibi vəzifəsini daşıyan italiyalı kardinal Pietro Parolin və ya Ukraynada papanın xüsusi nümayəndəsi Matteo Zuppi kimi təcrübəli diplomatlar.
Afrika və Asiyadan olan namizədlər də diqqət mərkəzində idi, lakin onlar daha çox “ekzotik” seçim kimi qiymətləndirilirdi.
Qeyd edək ki, yeni papanın sələfi Fransisk (Xorxe Mario Bergolio) uzun sürən xəstəlikdən sonra 2025-ci il aprelin 21-də vəfat edib. O, 88 yaşında idi. Fransisk 2013-cü ildə sağlamlıq problemləri səbəbindən taxt-tacdan imtina edən Benedikt XVI-ni əvəz etmişdi.
Yeni Roma papası XIV Lev daha əvvəl mediaya müraciət edərək "sözlərin və təsvirlərin müharibəsinə yox deyin" çağırışı etmişdi.