İstehsal, enerji və nəqliyyat kimi karbonsizləşdirilməsi çətin olan sektorları davamlı etmək və xalis sıfır emissiya hədəfinə nail olmaq üçün 2050-ci ilə qədər 13,5 trilyon dollar investisiya lazımdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) "2023 Net Zero Industry Tracker" hesabatında qeyd olunub.

Məlumata görə, hesabata 90%-i qalıq yanacaqlardan asılı olan 8 sektor üzrə xalis sıfır emissiya hədəfinin qiymətləndirilməsi daxil edilib: sement, polad, alüminium, ammonyak, neft və qaz, aviasiya, gəmiçilik və yük daşımaları.

Hesabatda bu sektorlarda xalis sıfır emissiya hədəflərinə gedən yolun regional faktorlardan asılı olaraq dəyişdiyi və dekarbonizasiyanı sürətləndirmək üçün təmiz enerjiyə daha çox investisiya qoyulması lazım olduğu vurğulanıb.

 

Gözəl Həşimova