“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək

İqtisadiyyat.az xəbər verir ki, ümumi yığıncağın martın 29-da saat 11.00-da keçirilməsi nəzərdə tutulub.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

I. “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması. Məruzəçi: Zaur Musayev

II. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi. Məruzəçi: Zaur Musayev

III. “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi. Məruzəçi- Yaşar Məmmədov.

IV. Digər məsələlər. Məruzəçi - Yaşar Məmmədov.