“Kapital Bank” ASC namizədləri Masallı rayon filialı üzrə Mikrokreditlər bölməsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi / Baş mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;

Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;

Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;

Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;

Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;

Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;

İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək

Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər

Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);

Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);

Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;

Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;

Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.