Kanalların reytinqini ölçəcək yeni sistem istifadəyə verilir.

Xəbər verdiyimiz kimi, "JW Marriott Absheron Baku Hotel"də televiziya kanallarının reytinqinin ölçülməsi üçün Kantar şirkətinin yeni TAM sistemi təqdim edilib. 

Təqdimatda bildirilib ki, bu işdə Audiovizual Şuranın böyük əməyi var. Rəqəmsal mediadan sonra, TV mediada da reklamverənlər və reklam agentlikləri daha dəqiq reklam planlaması edə biləcəklər. Ölçülməyən bir işi idarə etmək mümkünsüzdür. Televiziya sahəsi zəifləyirmi? Təcrübə göstərir ki, hələ də reklamverənlər televiziyalardan aldıqları effektdən razıdırlar.

2020-ci ilin sentyabrında başlayan layihə nəhayət ki, baş tutub. "Kantar" şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. 

"Kantar" bütün dünyada ölçülməni yerli şirkətə etibar edir. Qlobaldan isə bu işə nəzarət edir. 

Azərbaycanda "Marsa" ilə "Kantar" arasında başlanan bu layihə 950 ailə təsərrüfatından ibarət bir platforma formalaşdırıb. "Marsa" Azərbaycanda gələcəyə hazırlıqlı bir plan qurub. Nəticə etibarilə reytinqləri eyni zaman kəsiyində ölçülə biləcəj. 
Hazırda 50 kanalın ölçümü aparılır.