"İsrailin İranla münaqişəsi bütün Yaxın Şərq regionuna yayılmamalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli israilli həmkarı İsrael Katza deyib.

"Biz gərginliyin azaldılmasında israr edirik. Əmin olmalıyıq ki, İsrail və İran arasında münaqişə bütün regiona yayılmayacaq. Mən bunu İsraildəki həmkarıma açıqladım", - Coli jurnalistlərə bildirib.

Kanadanın xarici işlər naziri həmçinin bildirib ki, Ottava İsrailin özünümüdafiə haqqını dəstəkləyir və İranın İsrailə hücumunu pisləyir.