Kanadanın cənub-şərqindəki Yeni Şotlandiya əyalətində bazar günü başlayan meşə yanğınının tüstüsü Nyu Yorkda dumanlı hava şəraitinə səbəb olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, meşə yanğınları səbəbindən minlərlə insan evlərindən təxliyə edilib.

İlk araşdırmalara görə yanğında təxminən 200 bina zərər görüb. Yanğınsöndürmə idarəsinin açıqlamasında 14 minə yaxın insanın təxliyyə edildiyi və qrupların yanğının yayılmasının qarşısını almaq üçün çox çalışdığı qeyd edilib.

Xatırladaq ki, Kanadanın Alberta əyalətində mayın 6-da başlayan meşə yanğınları səbəbindən 29 min insan evlərindən təxliyə edilib.