Kanadanın Kalqari şəhərinin qərbində dağlıq ərazidə yerləşən Kananaskisdə 6 nəfərin olduğu tək mühərrikli Piper PA-32 qəzaya uğrayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanada Kral Atlı Polisi (RCMP) açıqlama yayıb.
Açıqlamada təyyarədə pilot da daxil olmaqla 6 nəfərin öldüyü bildirilib.
Məlumata görə, əvvəlcə təyyarədən siqnal kəsilib və itkin düşüb. Axtarış işləri nəticəsində təyyarənin qalıqları tapılıb.
Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının qəza ilə bağlı araşdırma apardığı açıqlanıb.