Kanada Ukraynaya dörd ədəd "Leopard 2" tankı tədarük etməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib.

Bu barədə "CBC News" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət yanvarın 26-da Kiyevə tankların göndərilməsini elan edə bilər.

Qeyd olunur ki, Kanada çox güman ki, Ukraynaya ordunun xidmətində olan ən köhnə A4 variantını göndərəcək. Kanada A4-ü Əfqanıstan müharibəsi zamanı Niderlanddan alıb.