Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub.

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Surxay Hüseynovtəyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Report”a təsdiqləyiblər.

Bundan başqa, Baş prokurorun müvafiq əmrləri ilə Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-məmmədov isə Zaqatala hərbi prokuroru təyin ediliblər.