ABŞ-nin Kaliforniya ştatında nadir rast gəlinən qış fırtınası elektrik enerjisinin kütləvi kəsilməsinə, daşqınlara, avtomobil yollarının bağlanmasına səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, bir neçə gün davam edən güclü külək Los-Ancelesdə yaşayan 120 min insanın elektrik təminatının kəsilməsi ilə nəticələnib. Ştatın qərb sahilində əsas avtomobil magistralı dağlıq hissədə bağlanıb.

Sakramento sakinlərinə əlverişsiz hava şəraiti ilə bağlı bazar günündən çərşənbəyə qədər səfərlərdən imtina etmək tövsiyə olunub. Fırtına nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Bu, Kaliforniya tarixində ən güclü fırtınalardan biridir. Meteoroloqların proqnozuna görə, ABŞ-ın qərbinə daha çox yağıntı gətirəcək yeni qar fırtınası gözlənilir.