Kahramanmaraşın Göksun rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla səhər saat 10:05-də, 22.17 kilometr dərinlikdə baş verib.

Dağıntı və zərərlər barədə əlavə məlumat verilməyib.