Kahramanmaraşın Pazarcık rayonunda üzük, sikkə və möhür də daxil olmaqla tarixi əsər olduğu zənn edilən 60 əşya müsadirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi (KOM) qrupları, M.A.-nın tarixi əsərləri satmaq istədiyi barədə məlumatın üzərinə işə başlayıb.

Əməliyyatı təşkil edən qruplar, təyin olunmuş ünvanda etdikləri basqında tarixi əsər olduğu ehtimal edilən üzük, sikkə və möhür də daxil olmaqla 60 əşya ələ keçirib.

Hadisə ilə bağlı şübhəli şəxs nəzarətə götürülüb.