Bəzi vətəndaşlar onlayn bilet satışı platforması olan "iticket.az"-dan bilet alarkən, hər biletə görə onların hesabından 10% xidmət haqqı tutulduğu bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün bu halla bir neçə şəxs qarşılaşıb və bu barədə sosial şəbəkə platformalarında etiraz paylaşımları edilib. İstifadəçilər bunun qanunsuz olduğunu bildirir və tutulan pulların geri qaytarılmasını tələb edir. Şikayətlə bağlı saytla əlaqə saxladıq.

Şirkətdən bildirildi ki, heç bir qanunsuzluq olmayıb. Bu "iticket.az"-ın təşkilatçı ilə aralarında olan razılaşma əsasında həyata keçirilib.

Qeyd edək ki, şirkətin mobil tətbiqetməsindəki qayda və şərtlərində xidmət haqqı ilə bağlı heç bir müddəa yoxdur. Bu isə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Feysbuk platformasında saytın səhifəsinə yazılan şikayət şərhinə səhifə admini "xidmət haqqı saytın və ya kassirin göstərdiyi xidmətə görə çıxılır" şəklində cavab verib.