İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir. E-poçt ünvanı və təcili telefon nömrəsi də verilir".

İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb.

Respublikanın Xarici İşlər Nazirliyi İrana "heç bir halda" səfər etməyi tövsiyə etmir.