"Rusiyanın 2014-cü ildə Krımı qanunsuz ilhaq etməsi beynəlxalq hüququn açıq şəkildə pozulması idi".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukraynanın paytaxtı Kiyevdə keçirilən III Krım Platforması Sammitində çıxış edən İtaliyanın baş naziri George Meloni deyib.

Nazir qeyd edib ki, Rusiyanın 2014-cü ildə Krımı qanunsuz ilhaq etməsi yarımadadakı xalqların, xüsusilə də tatarların hüquqlarını pozub:

"Bu, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün göstəricisidir. Moskva özünün avtoritar modelini tətbiq edib.  Biz Rusiyanın işğalçı siyasətinə son qoymalıyıq. Ədalətli və davamlı sülhə nail olmaq üçün mübarizə aparmaqdan heç vaxt yorulmayacağıq".

Ukraynanın gələcəyinin sülh, azadlıq və firavanlıq içində olacağına ümid edən Meloni vurğulayıb ki, Ukraynanın müstəqilliyi Avropanın azadlığıdır.

Gülşən Şərif