"Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini artırmaq strategiyası Avrozona iqtisadiyyatlarına ziyan vurur".

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Giorgia Meloni bildirib.

Meloni bu gün parlamentdəki çıxışında Avrozonada may ayında inflyasiyanın 6,1 faizə yüksəlməsinin səbəbinin iqtisadiyyatın həddindən artıq istiləşməsinin nəticəsi olmadığını qeyd edib. Meloniyə görə, səbəb Ukraynadakı müharibənin səbəb olduğu enerji qiymətlərindəki artımdır. 

Meloni bildirib ki, Avropa faiz dərəcələrini daha da artırmaqdansa, enerji və xammal qiymətlərinə nəzarət tədbirlərinə diqqət yetirərək inflyasiya ilə mübarizə aparmalıdır.