Sərbəst güləş üzürə İtaliya millisinin üzvü Frank Çamiso sensasion iddia ilə çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, ikiqat dünya və Avropa çempionu “La Repubblika” nəşrinə müsahibəsində Bakıda keçirilən Avropa Olimpiya təsnifat turnirində Azərbaycan tərəfinin ona rüşvət təklif etdiyini deyib:

“Hələ də şikdayam. Baş verənlərə görə kədərliyəm. Bakıda uduzmağım üçün mənə 300 min dollar təklif edildi. İtaliyanı təmsil etdiyim üçün bununla razılaşmadım. Daha sonra azərbaycanlı güləşçi ilə görüşdə hakim qərarını dəyişdi. Hələ ki Paris Olimpiadasına getmək şansım var. Türkiyədə keçiriləcək dünya Olimpiya təsnifat turnirində mənə qarşı yenidən haqsızlıq olsa, ortalığı qarışdıraram.

Çamiso Turan Bayramovla yarımfinal qarşılaşmasında hakimlərin ona qarşı qərəzli davrandığını bildirib: “Xalça kənarında olan 5 hakim eyni qərarı verərək rəqibin sağ dizini yerə yıxdığımı, bu səbəbdən qalib gəldiyimi bildirdilər. Sonra dedilər guya vaxt bitdikdən sonra bunu etmişəm. Xalçadakı referi isə təkrara tək kameradan olan görüntülərə baxdı və digır 5 hakimdən fərqli qərar verdi. Hətta görüşün şərhçiləri “bunu etmə, bunu etmə” deyirdilər. Bəlkə də bunun arxasında nə olduğunu bildikləri üçün belə qışqırırdılar. Amma sonda hakimlər inanılmaz olanı etdilər.

İtaliyalı pəhləvan Bakıda ona rüşvət təklif edildiyini iddia edib: “Onların evində güləşirdim və onlar hər şeyi almışdılar. Eyni hakim bütün turnirdə azərbaycanlıların yanında idi. İllər əvvəl boks yarışında da buna oxşar hadisə olmuşdu. Mənə pul təklif etdilər. Kim olduğunu demək istəmirəm. Bu çəki ölçmənin səhərisi baş verdi. Mən onları geri qaytardım. Təkcə özümü deyil, İtaliyanı, federasiyanı təmsil edirəm. Bünün üçün sübut? Sübut odur ki, baş verənlərdən əziyyət çəkirəm. sadəcə həmin görüşə baxın. O qədər iyrənirəm ki, idmandan danışdığımı hiss etmirəm”.

Qeyd edək ki, Bakıdakı turnirdə Turan Bayramov Frank Çamiso ilə 8:8 heç-heçə etsə, xalların keyfiyyətinə görə Olimpiadaya lisenziya alan Azərbaycan güləşçisi olub.