Florensiya yaxınlığındakı İtaliya neft emalı zavodunda (NEZ) partlayış və ardınca yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müəssisənin yerləşdiyi Kalenzano bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, yanğın artıq söndürülüb. Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb, iki nəfər isə həyatını itirib.

Bundan əlavə, dörd nəfər itkin düşmüş sayılır.

Zavod İtaliyanın neft-qaz qrupu "Eni"yə məxsusdur. Şirkət bildirib ki, partlayış və yanğın yanacaq saxlanılan rezervuarlara təsir etməyib.