Ukrayna prezidenti Volodimir Zelenski və İtaliyanın Baş naziri Giorgia Meloni iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır.

Öz növbəsində Meloni qeyd edib ki, sənəd 10 il üçün nəzərdə tutulub və NATO üzvü olmayan bir ölkə ilə imzalanmış ən dolğun və ən mühüm sazişdir.

 

Gözəl Həşimova