“Biz qarşılıqlı anlaşmanı, tolerantlığını təşviq etməliyik”.

İqtisadiyyat.az bildirir ki, bu fikirlər Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın ünvanladığı məktubda yer alıb.

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella deyib ki, ifrat yoxsulluğa qarşı mübarizə dövrün ən mühüm çağırışlarından biridir.

“Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirirəm, Foruma uğurlar arzulayıram”, - İtaliya Prezidenti qeyd edib.